Marqarita Terexova
Aktrisa
Marqarita Borisovna Terexova - sovet və rusiyalı aktrisa, teatr və kino rejissorudur. 25 avqust 1942-ci ildə Sverdlovsk vilayətinin Turinsk şəhərində (Rusiya) aktyor ailəsində anadan olub. Uşaq yaşlarında olanda ailəsi Özbəkistana köçüb. Marqarita məktəbi qızıl medalla bitirib. Özbəkistan SSR-nin basketbol üzrə gənclər yığmasının qızıl medalçısı olub. 1959-cu ildən etibarən iki il ərzində Daşkənd universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil alıb. Ancaq sonradan təhsilini yarımçıq qoyaraq Moskvaya köçüb. Mossovet adına teatrın yanında Y.A.Zavodski studiyasına daxil olub. 1964-cü ildə oranı bitirərək, uzun müddət teatr tamaşalarında müxtəlif obrazları canlandırıb. 1965-ci ildə Terexovanın kinoda debütü baş tutub. Rejissor Frunze Dövlətyanın “Salam, bu mənəm"” filmində Tanya rolunu oynayıb. Şöhrəti aktrisaya “Dalğaların üzəri ilə qaçan qız” kinodramında oynadığı rol gətirib. Bundan başqa, “Belarus vağzalı” filmində Nataşa Şipilova və “Güzgü" filmində Natalya rolu ilə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: