Rolan Bıkov
Aktyor
Rolan Antonoviç Bıkov (12 oktyabr 1929, Kiyev, Ukrayna – 6 oktyabr 1998, Moskva, Rusiya) – sovet və rusiyalı aktyor, kino və teatr rejissoru, ssenarist və pedaqoqdur. 1990-cı ildə SSRİ xalq artisti olub. 1986-cı ildə SSRİ dövlət mükafatı laureatı olub. 1987-ci ildə Vasilyev qardaşları adına dövlət mükafatı laureatı olub. 1998-ci ildə Rusiya Federasiyası Prezidentinin mükafatına layiq görülüb. Həyatının son illərində rejissor olaraq İkinci Dünya müharibəsi mövzusunda olan “Naməlum əsgərin portreti” adlı filmi çəkməyə çalışıb. Ancaq həmin vaxt xərçəngdən əziyyət çəkib və dalbadal iki əməliyyat keçirib. Filmi tamamlamağı həyat yoldaşına vəsiyyət edib. 1997-ci ildə Rusiyada “Detskiy proyekt” adlı ilk uşaq telekanalının yaradılmasının təşəbbüskarı olub. Ancaq defolt və sonradan Bıkovun ölümü ilə əlaqədar layihənin icrası 2000-ci ilə qədər təxirə salınıb. Bıkov 1998-ci ildə 69 yaşında dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: