Sergey Martinson
Aktyor
Sergey Aleksandroviç Martinson (25 yanvar (6 fevral) 1899) – 2 sentyabr 1984) – sovet teatr və kino aktyorudur. Sergey Martinson 25 yanvar, bəzi mənbələrə görə isə 6 fevral 1899-cu ildə isveç baronu, Sankt-Peterburqun fəxri vətəndaşı Aleksandr Aleksandroviç Martinsonun və rusiyalı zadəgan ailəsinin xanımı Feodosiya Aleksandrovnanın ailəsində anadan olub. Sergey uşaqlıq illərindən paytaxt teatrlarına gedib, musiqi ilə məşğul olub. 7 yaşında Annenşule məktəbinə göndərilib, orada fransız və alman dillərinə mükəmməl səviyyədə yiyələnib. 1918-ci ildə Q.K.Ştemberq özəl gimnaziyasını bitirib və Qızıl Orduda xidmət etməyə başlayıb. İki ildən sonra tərxis olaraq, valideynlərinin təkidi ilə Texnologiya İnstitutuna daxil olub. Ancaq buna baxmayaraq bir müddətdən sonra Səhnə Sənətləri İnstitutuna keçib. Oranı 1923-cü ildə bitirib. 1945-ci ildən Kinoaktyorlar teatr-studiyasının aktyoru olub. Vsevolod Pudovkin, Yakova Protozanov, Sergey Yutkeviç, Boris Barnet, Aleksandr Ptuşko kimi tanınmış Sovet rejissorlarının filmlərinə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: