Vladimir Fyodorov
Aktyor
Vladimir Anatolyeviç Fyodorov (19 fevral 1939) – sovet və rusiyalı aktyordur. Postsovet tamaşaçıları onu daha çox “Ruslan və Lyudmila” nağıl-filmində oynadığı Çernomor rolu ilə xatırlayır. 1964-cü ildə Moskva Mühəndis-Fizika İnstitutunu bitirib. SSRİ Səhiyyə Nazirliyinin Biofizika İnstitutunda işləyib. İxtisasca nüvə-fizikidir. 50-dən çox elmi iş və ixtiranın müəllifidir. Bir çox elmi işləri ingilis dilinə tərcümə olunub. İ.V.Kurçatovun tələbəsi olub. Evlidir. Həyat yoldaşı Vera özündən 35 yaş cavandır. Ekranlarda 32 yaşında kinorejissor Aleksandr Ptuşkonun “Ruslan və Lyudmila” adlı nağıl-filmində debüt edib. Boyunun 130-sm olması hesabına filmlərdə daha çox cırtdanları və bəstəboy obrazları canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: