Olqa Ostroumova

Olqa Ostroumova

Aktrisa

BİOQRAFİYA

Olqa Mixaylovna Ostroumova (21 sentyabr 1947, Buquruslan, Orenburq, Rusiya) – sovet və rusiyalı aktrisadır. 1993-cü ildə Rusiya Federasiyası xalq artisti adını alıb. 1979-cu ildə SSRİ dövlət mükafatı laureatı olub. S.İ.Rostotskinin “Bazar ertəsinə kimi yaşayıb görərik” filmində oynadığı məktəbli rolu onu milyonlarla tamaşaçının sevilmisinə çevirib. Bundan başqa, kult sovet hərbi dramı sayılan “Burada üfüqlər sakitdir” filmində Jenya Komelkova rolunu oynayıb. Karyerasının zirvəzində isə “Vasili və Vasilisa” filmində onyadığı Vasilisa rolu dayanır. Teatr fəaliyyətinə gəlincə, Q.N.Yanovskinin quruluş verdiyi “Dul paroxodu” tamaşasında Anfisa rolu ilə tənqidçilərin rəğbətini qazanıb. Tamaşa Mossovet adına Teatrda səhnəyə qoyulub. Rejissor məhz “Vasili və Vasilisa” filmindəki yüksək oyununu bəyənərək, ona Anfisa obrazını canlandırmağı  həvalə edib. Olqanın təbirincə, aktyor idealı Edit Piaf və Lidiya Ruslanovadır. Bundan başqa, rejissor Federiko Fellininin və aktyor Çarli Çaplinin yaradıcılığının vurğunudur. Təbiəti sevir, memuar ədəbiyyatını mütaliə edir, klassik musiqini dinləyir. Moskvada işləyir və yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%81%D1%82%D1%80%D0%BE%D1%83%D0%BC%D0%BE%D0%B2%D0%B0,_%D0%9E%D0%BB%D1%8C%D0%B3%D0%B0_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B9%D0%BB%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç