Yelena Drapeko

Yelena Drapeko

Aktrisa

BİOQRAFİYA

Yelena Qriqoryevna Drapeko - sovet və rusiyalı kino aktrisası, siyasi xadimdir. 2007-ci ildən Rusiya Federasiyasının Dövlət Dumasının deputatıdır. Dövlət Dumasının 4-cü çağırışından etibarən “Ədalətli Rusiya – “Vətən”" fraksiyasının üzvü olub. 60-dan çox filmə çəkilib. Yelena Drapeko 29 oktyabr 1948-ci ildə Qazaxıstan SSR-nin Uralsk şəhərində dünyaya göz açıb. 1966-1968-ci illərdə N.K.Krupski adına Leninqrad Mədəniyyət İnstitutunun xalq teatrlarının rejissorluğu fakültəsində oxuyub. 1972-ci ildə Rusiya Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib. 1972-1992-ci illərdə “Lenfilm” kinostudiyasının aktrisası olub. “Burada üfüqlər sakitdir”, “Əbədi haray”, “Ən qızmar ay”, “Atasızlıq”, “Tənhalara yataqxana verilir” və digər filmərdə oynadığı rolları ilə tanınır. Subaydır, aktyor Oleq Belovla evliliyindən Anastasiya adlı bir qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D1%80%D0%B0%D0%BF%D0%B5%D0%BA%D0%BE,_%D0%95%D0%BB%D0%B5%D0%BD%D0%B0_%D0%93%D1%80%D0%B8%D0%B3%D0%BE%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç