Sergey Mixalkov

Sergey Mixalkov

Ssenarist

BİOQRAFİYA
Sergey Vladimiroviç Mixalkov - SSRİ və Rusiya şairi, dramaturq, publisist və ictimai xadimdir. Sovet ədəbiyyatının klassiki sayılır. Sergey Vladimiroviç Mixalkov 1913-cü ildə Moskvada anadan olub. O, 1971-ci ildən SSRİ Pedaqoji EA həqiqi üzvü, 1973-cü ildən Sosialist Əməyi Qəhrəmanıdır. Uşaqlar üçün canlı, maraqlı dildə yazdığı şeirlərində ("Styopa dayı", "Bəs sizdə nə var?" və s.) və pyeslərində ("Qırmızı qalstuk",1946, "Qiymətli oğlan", 1971) gənc nəslə əməyə, vətənə məhəbbət, nəcib mənəvi-əxlaqi keyfiyyətlər aşılanır. Böyük Vətən müharibəsi illərində hərbi müxbir kimi oçerk, hekayə, satirik şeir və felyetonlar yazıb. Mixalkovun aktual mövzulu təmsilləri məşhurdur. Yaşlılar üçün yazdığı "İlya Qolovin" (1950) pyesi "Ovçu"(1956), "Vəhşilər" (1958), "Özünə abidə..." (1959), "Xərçənglər", (1960) satirik komediyaları əhali arasında böyük rəğbət qazanıb. Onun gənc nəslin tərbiyəsindən bəhs edən "Hər şey uşaqlıqdan başlanır"(1968), "Zamanın əlamətləri"(1976) adlı kitabları var. Əsərləri bir çox dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib. "Xərçənglər", "Qiymətli oğlan" pyesləri Azərbaycan səhnəsində tamaşaya qoyulub. S.V.Mixalkov SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifələrində çalışıb. Sergey Mixalkov SSRİ-nin, eləcə də müstəqil Rusiyanın himninin müəllifidir. Daha çox uşaq şeirlərinin müəllifi kimi tanınan şair populyar kino və cizgi filmlərinə də ssenari yazıb. Sergey Mixalkov təxminən 20 il ərzində RSFSR Yazıçılar Birliyinə rəhbərlik edib. RSFSR və SSRİ Ali Sovetinin deputatı olub. Sovet ədəbiyyatının klassiki Sergey Mixalkov 27 avqust 2009-cu ildə 97 yaşında vəfat edib. Rejissorlar Andrey Konçalpvski və Nikita Mixalkovun atasıdır. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Sergey_Mixalkov
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç