Natalya Fateyeva

Natalya Fateyeva

Aktrisa

BİOQRAFİYA

Natalya Nikolayevna Fateyeva – sovet və rusiyalı aktrisadır. 1980-ci ildə RSFSR xalq artisti adını alıb. Natalya Nikolayevna Fateyeva 23 dekabr 1934-cü ildə Xarkovda (Ukrayna) anadan olub. Atası Nikolay Demyanoviç Fateyev hərbçi olub. Anası Yekaterina Vasilyevna Fateyeva yüngül sənaye sahəsində çalışıb, moda atelyesinin direktoru olub. 1952-1954-cü illərdə Xarkov Teatr İnstitutunda oxuyub. 1956-cı ildə Xarkov həvəskar telestudiyasının birinci direktoru olub. 1958-ci ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. 1958-1959-cu illərdə və 1961-ci ildən Kinoaktyor teatr-studiyasının aktrisası olub. 1959-1961-ci illərdə M.N.Yermolov adına teatrın truppasında yer alıb. 1961-ci ildə ilk KVN (ŞHK) oyunlarının aparıcısı olub. Sonrakı illərdə hörmət əlaməti olaraq mütəmadi olaraq KVN yuxarı liqasının oyunlarına münsiflər heyətinin üzvü kimi dəvət olunub. 1997-1999-cu illərdə “Moskoviya” və “Kultura” telekanallarında “Ekolokol” proqramının aparıcısı olub. 2014-cü ildə “Küləyin uçurduğu yarpaqlar” filmində oynadığı "Ən yaxşı ikinci plan rol"a görə “Nika” mükafatçısı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B0%D1%82%D0%B5%D0%B5%D0%B2%D0%B0,_%D0%9D%D0%B0%D1%82%D0%B0%D0%BB%D1%8C%D1%8F_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç