Natalya Kustinskaya

Natalya Kustinskaya

Aktrisa

BİOQRAFİYA

Natalya Nikolayevna Kustinskaya – sovet kino və teatr aktrisasıdır. 5 aprel 1938-ci ildə Moskvada “Mosfilm” studiyasının film direktoru (prodüseri) N.A.Kustinskinin ailəsində (1902-1982) anadan olub. Anası estrada müğənnisi Mariya Vdovenko olub. Qnesinlər adına Musiqi Məktəbinin fortepiano sinfini bitirib. 1961-ci ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olub. Kinoaktyor teatr-studiyasında çalışıb. 1959-cu ildə kinoda debütü baş tutub: “Tutqun səhər” filmində Marusya roluna çəkilib. Karyerası ərzində 20-dən çox kino və televiziya filminə çəkilib. Daha çox “Üç üstəgəl iki” (1963) və “İvan Vasilyeviç peşəsini dəyişir” (1973) komediyalarında oynadığı rolları ilə yaddaşlarda qalıb. Uzun müddət dublyaj aktrisası kimi fəaliyyət göstərib. 1960-cı illərdə “Candide” adlı fransız jurnalı Natalya Kustinskayanı "Dünyanın ən gözəl qadınları"nın ilk onluğuna daxil edib. Altı dəfə evli olub. Yeganə oğlunun vəfatından sonra içməyə başlayıb. 13 dekabr 2012-ci ildə 74 yaşında vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D1%81%D1%82%D0%B8%D0%BD%D1%81%D0%BA%D0%B0%D1%8F,_%D0%9D%D0%B0%D1%82%D0%B0%D0%BB%D1%8C%D1%8F_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç