Gennadi Nilov
Aktyor
Gennadi Petroviç Nilov – sovet və rusiyalı aktyordur. Gennadi Nilov 1 oktyabr 1936-cı ildə Leninqrad vilayətinin (indiki Sankt Peterburq) Luqa şəhərində (Rusiya) anadan olub. Atası dövlət qulluqçusu, anası aşpaz olub. 10 yaşında olanda “Kəşfiyyatçının şücaəti” adlı sovet hərbi dramında kütləvi səhnəyə çəkilib. Filmdə baş rolu əmisi Pavel Kadoçnikov oynamışdı. Kamera qarşısında növbəti təcrübəsi dördüncü kursda oxuyanda “Həyatım sənin əlində” (1958), “Şinel” (1959) filmlərində oynadığı epizodik rollar olub. 1959-cu ildə Leninqrad Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib. Məzun olduqdan sonra "Lenfilm" kinostudiyasının aktyor ştatına qəbul olunub və dərhal “Gələcəyi parlaq adam” (1960) bədii filmində baş rola dəvət alıb. Ümumsovet şöhrət və tamaşaçı sevgisini ona “Üç üstəgəl iki” (1963) romantik komediyasında oynadığı fizik Stepan İvanoviç Sundukov rolu gətirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: