Vladimir Treşşalov

Vladimir Treşşalov

Aktyor

BİOQRAFİYA

Vladimir Leonidoviç Treşşalov - sovet və rusiyalı teatr və kino aktyorudur. Vladimir Leonidoviç Treşşalov 25 sentyabr 1937-ci ildə Moskvada (Rusiya) anadan olub. Atası Kreml alayının komandiri olub. Surikov İncəsənət Məktəbinin xalq tətbiqi şöbəsində oxuyub. 1960-cı ildən bəri kinoya çəkilib, paralel olaraq Moskva Bədaye Teatrının studiya məktəbində oxuyub. Çəkilişlərə görə qaibləri çox olduğundan studiya-məktəbdən qovulub. A.V. Lunaçarski adına Dövlət Teatr İnstitutunu bitirib. V.S.Vısotskinin yaxın dostu olub. 1970-ci illərdə “Mosfilm” studiyasının aktyor şöbəsinin rəhbəri Adolf Quryeviçlə aralarında baş verən insidentdən sonra bir müddət aktyorluqdan uzaq düşüb, 28 nömrəli trolleybus marşrutunun sürücüsü olub. 1970-ci illərin sonlarında kinoya qayıdıb və kiçik rollara çəkilməyə başlayıb. 1974-cü ildən bəri müxtəlif teatrlarda səhnəyə çıxıb. 1987-ci ildən “Sfera” Moskva Dram Teatrının aktyoru olub. 1993-cü ildə Stavropol dram teatrının truppasına qoşulub. Üç dəfə infarkt keçirib, astma və ayaq damarlarının xəstəliyindən əziyyət çəkib. 15 dekabr 1998-ci ildə Moskvada vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%80%D0%B5%D1%89%D0%B0%D0%BB%D0%BE%D0%B2,_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%B8%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç