Viktor Kosıx

Viktor Kosıx

Aktyor

BİOQRAFİYA

Viktor İvanoviç Kosıx – sovet və rusiyalı teatr və kino aktyorudur. Viktor Nikolayeviç Volkov 27 yanvar 1950-ci ildə Sverdlovsk vilayətinin Alapayevsk şəhərində anadan olub. Anası Ninel Dmitriyevna məktəbdə fizika müəllimi olub. Atasını itirindən sonra tanınmış aktyor İvan Kosıx onu oğulluğa götürüb. Nəticədə Viktor soyadını və ata adını dəyişərək Viktor İvanoviç Kosıx olub. 13 yaşından kinoya çəkilir. Debüt rolu E.Q.Klimovun “Xoş gəlmisiz və ya kənar şəxslərə giriş qadağandır” (1964) filmində pioner Kostya İnoçkin rolu sayılır. Daha sonra “Ələkeçməz qisasçılar” kinoepopeyasında baş rolu - Danka rolunu oynayıb. Moskvanın Dövlət Sərhəd Məktəbində oxuyub, daha sonra Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Karyerası ərzində 57 filmə çəkilib. 2003-cü ildən “Yabloko” partiyasının üzvü olub. Sambo üzrə idman ustasıdır. Həyatının son illərini demək olar ki, kinoya çəkilməyib. “Temp” teatrında çalışıb. 2011-ci ilin dekabr ayında dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%81%D1%8B%D1%85,_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç