Sübhaş Qhay
Prodüser, rejissor, ssenarist, aktyor
Sübhaş Qhay – hindistanlı kinorejissor, aktyor, prodüser, ssenarist, montajçıdır. “Mukta Arts Ltd” kinoşirkətinin təsisçisidir. 24 yanvar 1943-cü ildə Hindistanın Maharaştra əyalətinin Naqpur şəhərində anadan olub. Atası diş həkimi olub və Dehlidə çalışıb. 1968-ci ildə Sübha Qhay Puna şəhərində Kino və Televiziya İnstitutunu bitirib. Karyerasının başlanğıcında aktyor kimi kinolara çəkilib. 1976-cı ildə rejissor kimi debüt edərək, öz yazdığı ssenari əsasında “Kaliçaran” adlı filmini çəkib. İki ildən sonra “Muka Arts Ltd.” adlı prodakşn şirkətini yaradıb. Çəkdiyi filmlərin demək olar ki, əksəriyyəti tamaşaçı sevgisini qazanıb. Daha çox “Karma” (1986), “Ram Lakhan” (1989), “Tacir” (1993), “Bədheybət” (1993), “Sevgi ritmləri” (1999) filmləri üzərində gördüyü işə görə tanınır. O, filmlərini sığorta etdirən ilk hindistanlı kinorejissor sayılır. 1970-ci ildə iki il sonra yaratdığı şirkətə adını verdiyi Mukta Qhayla ailə qurub. İki qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Subhash_Ghai