Nikolay Boyarski

Nikolay Boyarski

Aktyor

BİOQRAFİYA

Nikolay Boyarski (10 dekabr 1922, Kolpino – 7 oktyabr 1988, Leninqrad (indiki Sankt Peterburq), Rusiya) – Sovet aktyoru olub. 1940-cı ildə Leninqrad Teatr İnstitutuna daxil olub. Müharibə başlayanda birinci kursda oxuyub və cəbhəyə çağırılıb. Bütün müharibə boyunca döyüşüb. Leninqradın müdafiəsində iştirak edib, döyüşlərin birində yaralanıb. Hospitaldan çıxandan sonra Stalinqrad yaxınlığındakı həlledici döyüşdə iştirak edib, Krım və Sevastopolun faşist qüvvələrindən azad edilməsində iştirak edib. Keniqsberqdə hərbi xidməti başa vuranda artıq böyük çavuş rütbəsində, tağım komandiri vəzifəsində idi. 1948-ci ildə Leninqrad Teatr İnstitutunu bitirib. 1948-1982-ci illərdə Komissarjevski adına Teatrın aktyoru olub. 1964-1965-ci illərdə bir teatr mövsümü ərzində Lensovet adına Leninqrad teatrının truppasında yer alıb. Uzun müddət televiziyada çalışıb. Ən əlamətdar rolu “12 stul” filmində Kisa Vorobyaninov rolu sayılır. Həyat yoldaşı RSFSR-in xalq artisti Lidiya Ştıkandır. Qızı Yekaterina teatrşünaslıq fakültəsinin məzunudur. Məşhur rus aktyoru Mixail Boyarskinin əmisidir. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D1%8F%D1%80%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B9_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç