İrina Borisova
Aktrisa
İrina Anatolyevna Borisova - sovet aktrisasıdır. 30 aprel 1953-cü ildə anadan olub. Yuxarı siniflərdə oxuyanda rejissor Valeri Kremnyovun “Son tətillər” ailəvi filminə Nina Maslennikova roluna dəvət olunub. Film iki yeniyetmə qardaş və onların anasının başına gələnlərdən bəhs edir. Ona ilk şöhrəti “Kölgələr günorta yox olur” çoxseriyalı filmində oynadığı İrişka rolu gətirib. 1972-ci ildə rejissor Yevgeni Şerstobitov ona İsaak Dunayevskinin “Ağ akasiya” operettası əsasında lentə aldığı “Ancaq sən” musiqili komediyasında baş rolu həvalə edib. Orada “Sovetskaya Ukraina” balina ovu bazasında rabitəçi Antonina Çumakovanı oynayıb. 1975-ci ildə “Maşa və Vityanın Yeni il macəraları” musiqili nağıl filmində Ölməz Kaşşey tərəfindən qaçırılmış Qar qız rolunu oynayıb. 1976-ci ildə Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Həmin dönəmdə də ərə gedib və beləcə aktyorluq fəaliyyətini dayandırıb. Evlidir, bir oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: