Stiven Qrem

Stiven Qrem

Aktyor

BİOQRAFİYA

Stiven Qrem Kelli – ingilis aktyordur. Daha çox “Böyük qənimət”, “Bura İngiltərədir” filmləri və “Gizli imperiya” serialında oynadığı rolları ilə tanınır. Stiven Qrem Kelli 3 avqust 1973-cü ildə İngiltərənin Kirkbi şəhərində anadan olub. Atası sosial işçi, anası pediatriya şöbəsinin tibb bacısı olub. "Rose Bruford College" incəsənət kollecində oxuyub. Kinoya gəlişi təsadüfi olub. “Böyük qənimət” filminin çəkiliş meydançasında mühafizəçi vəzifəsinə düzəlməyə çalışıb. Qay Riçi onu görən kimi belə deyib: “Bu da bizim Tommi!”. Beləliklə, Stiven ilk rolunu qazanıb və dərhal ölkəsində şöhrət qazanıb. 2010-2014-cü illərdə “Gizli imperiya” teleserialına çəkilib. Oynadığı rol ona ABŞ kinoaktyorları gildiyasının mükafatını qazandırıb. Aktyor eyni zamanda "Arctic Monkeys" qrupunun "When the Sun Goes Down" və "Fluorescent Adolescent", bundan başqa 2017-ci ildə "Kasabian" qrupunun "You're In Love With a Psycho" mahnı kliplərinə çəkilib. Hanna Uolterslə evlidir, iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Stephen_Graham

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç