Aaron Şnayder

Aaron Şnayder

Rejissor

BİOQRAFİYA

Aaron Şnayder – amerikalı operator, rejissor, prodüserdir. 26 iyul 1965-ci ildə Mossvil şəhərində (İllinoys ştatı, ABŞ) yəhudi ailəsində anadan olub. Cənubi Kaliforniya Universiteti nəzdində kino məktəbini bitirib. 1990-cı ildə “Ölü qızlar” adlı trilleri çəkib (operator qismində). 2004-cü ildə “İki əsgər” (2003) adlı qısametrajlı lenti “Oskar” mükafatına layiq görülüb. Tammetrajlı rejissor debütü “Məni diri-diri basdırın” (2009) dramı hesab olunur. 2020-ci ildə Tom Henksin baş rola çəkildiyi “Qreyhaund” müharibə filminin rejissoru olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Aaron_Schneider

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç