Bill Fagerbakki

Bill Fagerbakki

Aktyor, rejissor

BİOQRAFİYA

Uilyam Mark Fagerbakki - amerikalı aktyordur. 4 oktyabr 1957-ci ildə Kaliforniya ştatının Fontana şəhərində (ABŞ) anadan olub. Rupertdə boya-başa çatıb. Orta məktəbdə oxuduğu vaxt futbol, basketbol və yüngül atletika ilə məşğul olub. Orta təhsili başa vurduqdan sorna ölkənin bir sıra nüfuzlu idman kolleclərindən təkliflər alsa da, doğma ştatında qalmağa qərar verib. 1976-cı ildə Aydaho universitetinə daxil olub. Universitetdə oxuya-oxuya futbol oynamağa davam etsə də, sonradan dizindən ağır travma alıb və əlavə məşğuliyyət kimi teatrla maraqlanmaq məcburiyyətində qalıb. Tədricən aktyorluq sənətinə sevgisi yaranıb. Bu istiqamətdə özünü inkişaf etdirmək üçün Cənubi Metodist Universitetində ali təhsil alıb. İlk peşəkar aktyorluq təcrübəsi “Məşqçi” serialında oynadığı məşqçi Maykl Dıbinskinin köməkçisi rolu sayılır. Daha sonralar “Qarşıdurma”, “OZ həbsxanası”, “Sabrina – balaca şeytan” kimi teleseriallara çəkilib. 1999-cu ildən “Süngər Bob” cizgi serialında Patrik adlı personajı səsləndirir. Şöhrəti ona ilk dəfə “Sənin ananla necə tanış oldum” komediya serialında Marşal Eriksenin atası rolu gətirib. Los-Ancelesdə yaşayır. 1989-cu ildən həmkarı Ketrin MakKlinahenlə evlidir. Cütlüyün iki qızı var: Karson və Hanna.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bill_Fagerbakke

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç