Oleq Kuzovkov

Oleq Kuzovkov

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Oleq Gennadyeviç Kuzovkov – Sovet və rusiyalı multiplikator, rejissor, ssenarist və operatordur. “Maşa və Ayı” cizgi serialının yaradıcısıdır. 22 oktyabr 1961-ci ildə Rusiyada  anadan olub. Moskva Dəmir və Ərintilər institutunda, daha sonra Geoloji Kəşfiyyat İnstitutunda ali təhsil alıb, 1987-ci ildə oranı bitirib. 1988-ci ildən bəri cizgi filmləri çəkməyə başlayıb. Əvvəllər “Pilot” studiyasında çalışıb. 1998-ci ildə Los-Ancelesə (ABŞ) köçüb və “Kinofilm”də, ardınca “Animakkord” studiyasında çalışmağa başlayıb. Elə “Maşa və Ayı” serialını da ikincidə yaradıb. Onun sözlərinə görə, “Maşa və Ayı”nı yaradan vaxt “Tom və Cerri” cizgi serialından ilhamlanıb. 1995-ci ildə “İnsanlar: Musiqili bayram” animasiya filminin (Amerika istehsalı) rejissoru və rəssamı olub. Bundan başqa, daha 14 animasiya üzərində operator qismində iş görüb. “Maşa və Ayı” cizgi serialının rejissoru, ssenaristi və prodüseridir. Həmçinin “Maşanın xoxanları” cizgi serialının rejissoru və prodüseri, “Maşanın nağılları” cizgi serialının prodüseri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D0%B7%D0%BE%D0%B2%D0%BA%D0%BE%D0%B2,_%D0%9E%D0%BB%D0%B5%D0%B3_%D0%93%D0%B5%D0%BD%D0%BD%D0%B0%D0%B4%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç