Boris Kutneviç

Boris Kutneviç

Aktyor

BİOQRAFİYA

Boris Kutneviç – rusiyalı səs rejissoru və səsləndirmə aktyorudur. Daha çox “Maşa və Ayı” cizgi serialı üzərində gördüyü işə görə tanınır. Artist haqda məlumatlar olduqca məhdud olsa da, qeyd olunan cizgi filmi onun “vizit kartı” hesab olunur. Cizgi filminin beynəlxalq populyarlığına baxmayaraq, onu üzdən çox az adam tanıyır. Halbuki o, həmin animasiyanın ən sevilən personajlarından olan ayını səsləndirib. Səs rejissoru uzun müddət Maşa və Ayı rolu üçün səs axtarışında olub. Alina Kukuşkina demək olar ki, dərhal rola təsdiq olunub. Ancaq “Ayı”nı tapmaq uzun müddət mümkün olmayıb. Böyük kastinq keçirilib və Kutneviç hər bir namizədin səsində qüsur aşkarlayıb. İş o həddə çatıb ki, səs rejissoru özü mikrofonun qarşısına çıxaraq ayı kimi necə nərildəmək lazım olduğunu nümayiş etdirib. Layihənin rəhbərləri həmin səsi eşitcək kastinqi yarımçıq dayandırıb. Ayı roluna səs rejissoru özü, yəni Boris Kutneviç təsdiq olunub. Ailəsi və şəxsi həyatı haqda demək olar ki, məlumat yoxdur. Yalnız o məlumdur ki, “Maşa və Ayı”nın bəzi epizodlarında müxtəlif personajların səsləndirilməsində uşaqları da iştirak edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://dni.ru/person/boris_kutnevich/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç