Eduard Nazarov

Eduard Nazarov

Aktyor, ssenarist

BİOQRAFİYA

Eduard Vasilyeviç Nazarov (23 noyabr 1941, Moskva – 11 sentyabr 2016) – sovet və rusiyalı multiplikator, rejissor, rəssam və ssenaristdir. “Bir var idi, biri yox idi, bir it var idi” cizgi filminin yaradıcısıdır. 2012-ci ildə Rusiya Federasiyası xalq artisti adını alıb. 1988-ci ildə RSFSR dövlət mükafatı laureatı olub. Uşaqlar və gənclər üçün yaratdığı əsərlərə görə Rusiya Federasiyası Prezidentinin ədəbiyyat və incəsənət sahəsi üzrə mükafatına layiq görülüb (2014). Uşaqlığından rəssamlıqla məşğul olub. S.Norşteynlə hələ doqquzuncu sinifdə oxuyanda tanış olub. Onlar birlikdə V.İ.Apanoviçin Yaradıcılıq məktəbində oxuyublar. 1959-cu ildən “Soyuzmultfilm” studiyasında çalışıb. Nazarovun ilk işi “Murzilka süni peykdə” cizgi filmi olub. 1979-2000-ci illərdə Ali ssenarist və rejissorluq kurslarında dərs deyib. 1993-cü ildə  Andrey Xrjanovski, Fyodor Xitruk, Yuri Norşteynlə birlikdə multiplikator-rejissorlar üçün studiya-məktəb təsis edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B0%D0%B7%D0%B0%D1%80%D0%BE%D0%B2,_%D0%AD%D0%B4%D1%83%D0%B0%D1%80%D0%B4_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç