Alina Kukuşkina

Alina Kukuşkina

Aktrisa

BİOQRAFİYA

Alina İliniçna Kukuşkina – rusiyalı səsləndirmə və dublyaj aktrisasıdır. “Maşa və Ayı” cizgi serialında baş qəhrəman Maşanı səsləndirməsi ilə məşhurlaşıb. 26 sentyabr 2001-ci ildə anadan olub. Məşhur cizgi serialı olan “Maşa və Ayı”nın 30-a yaxın epizodunun səsləndirilməsində iştirak edib. Serialın ikinci hissəsində artıq yeniyetməlik dövrünə daxil olduğundan səs rejissorları onun səsini kompüter proqramı ilə tənzimləməli olurdular. Vadim Juk və Denis Çervasov tərəfindən yazılmış mahnıları Alina özü ifa edib. 2015-ci ildən cizgi serialında başqa personajı – Maşanın bacısı Daşanı səsləndirib və baş qəhrəmanın səsləndirilməsində özündən kiçik debütant aktrisaya köməklik göstərib. Sonradan layihədə səsləndirmə rejissoru qismində qalıb. İlk qonorarına, özünün dediyinə görə, it alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D0%BA%D1%83%D1%88%D0%BA%D0%B8%D0%BD%D0%B0,_%D0%90%D0%BB%D0%B8%D0%BD%D0%B0_%D0%98%D0%BB%D1%8C%D0%B8%D0%BD%D0%B8%D1%87%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç