Syü Verçyü

Syü Verçyü

Prodüser

BİOQRAFİYA

Syü Verçyü (21 sentyabr 1960, Sürrey, İngiltərə) – ingilis televiziya prodüseridir. Anası Beril Verçyü da televiziya prodüseri və agenti olub. Debbi adlı bacısı var. Syü “Tiger Aspect” şirkətində çalışıb. Gələcək həyat yoldaşı Stiven Moffatla 1996-cı ildə Edinburq Beynəlxalq Televiziya Festivalında tanış olub. Birgə fəaliyyətləri uğurlu olduğundan əllərindəki layihələrdən imtina edərək Syünün anasına məxsus olan “Hartswood Films” kinoşirkətinə keçiblər. Verçyü ərindən şirkət üçün sitkom yazmağı xahiş edəndə, həyat yoldaşı onların öz münasibətləri əsasında bir sujet hazırlayıb. Baş qəhrəmanları da özləri kimi Stiv və Syü adlandırıb. Stikomda rolları Cek Devenport və Sara Aleksandr ifa edib. Syü Verçyünün ən məşhur prodüser işlərindən biri “Şerlok” serialı sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sue_Vertue

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç