Skott Bredfild
Prodüser, ssenarist
Skott Bredfild - amerikalı yazıçı və ssenaristdir. 27 aprel 1955-ci ildə San-Fransisko şəhərində (ABŞ) anadan olub. Londonda və ABŞ-ın qərb sahillərində yaşayır. İrvayn şəhərində yerləşən Kaliforniya universitetində amerikan ədəbiyyatı ixtisası üzrə fəlsəfə elmləri doktoru dərəcəsini aldıqdan sonra beş il ərzində pedaqoq kimi fəaliyyət göstərib. Məhz həmin dövrdə müxtəlif jurnal və antologiyalarda onun hekayələri, resenziya və esseləri dərc olunub: “Evlərin gizli həyatı”, “Xoşməramlı təkanlar”, “Yerdən salamlar”, “Amerikaya nə olub?”, “Canavarın yuxusu”. Son qeyd olunan əsərini, özünün dediyinə görə, əvvəl tipik qulyabani hekayəsi kimi qələmə almağa çalışıb. Ancaq Bredfild sonradan fiziki çevrilmədən çox emosional çevrilməni vurğulayıb. “Bu tənhalıq haqda hekayədir, bəlkə də ağlıma gəlmiş ən kədərli hekayədir”, - deyə o bildirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Scott_Bradfield