Rocer Korman

Rocer Korman

Prodüser

BİOQRAFİYA

Rocer Uilyam Korman (5 aprel 1926-cı il təvəllüdlü) amerikalı kinorejissor və prodüserdir. Başlıca olaraq “B” kateqoriyasından (aşağı büdcəli qorxu və döyüş filmləri) olan filmlərin yaradılması ilə məşğul olub. Onu elə buna görə “B kateqoriyalı filmlərin kralı” da adlandırırdılar. Korman fenomenal sürətlə film çəkmə bacarığı ilə seçilib. Üstəlik, filmlərin büdcəsi Hollivud meyarlarına görə qat-qat aşağı olub. Məsələn, “Qorxu mağazası” (1960) filmi iki gün ərzində, cəmi 30 min dollar büdcə ilə çəkilib. Korman yaradıcılığının zirvəsi 1950-ci və 1960-cı illər hesab olunur. Sonralar filmləri nadir hallarda ekranlara çıxıb. 2009-cu ildə Korman kinematoqrafiyaya verdiyi töhfələrə görə fəxri “Oskar” mükafatına layiq görülüb. Bir çox tanınmış Hollivud rejissorları ilə əməkdaşlıq edib. Hətta bəzi rejissorlar hörmət əlaməti olaraq ona öz filmlərində epizodik rollar verib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Roger_Corman

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç