Yavuzer Çetinkaya - türkiyəli aktyor və yazıçıdır. 7 mart 1948-ci ildə İzmir şəhərində (Türkiyə) anadan olub. "Robert Kollec"də ibtidai və orta təhsil alıb. Daha sonra İstanbul Universitetinin psixologiya bölməsinin məzunu olub. "Dostlar" Teatrının aktyoru olmuş Yavuzer film və tamaşalarda iştirakı ilə yanaşı, iki kitab da yazıb. Tanınmış aktrisa Meral Çetinkayanın həyat yoldaşı olub. 1992-ci ildə 44 yaşında ürək tutmasından dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Yavuzer_%C3%87etinkaya