Yevgeni Bedarev

Yevgeni Bedarev

Aktyor

BİOQRAFİYA

Yevgeni Aleksandroviç Bedarev - rusiyalı kinorejissor, ssenarist, tele-radio aparıcıdır. 3 iyun 1974-cü ildə Barnaul şəhərində (Altay vilayəti, Rusiya) anadan olub. Məktəbi bitirdikdən sonra Barnaul Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olub. İkinci kursdan etibarən üç il ərzində “Okean” Ümumrusiya Uşaq Mərkəzində çalışıb. Ali təhsili başa vurduqdan sonra “TV plyus” Barnaul televiziya kanalında baş redaktor və aparıcı olub. Həmkarları ilə birlikdə “Uğur daxılı” adlı interaktiv oyunu fikirləşib və efirə buraxıb. 1999-cu ildə “Yuniton” radiosunun diceyi və baş redaktoru olub, 2000-ci ildən “Altay” Televiziya və Radio Şirkətinin prodüseri olub. 2003-cü ildə Moskvaya köçüb, 2005-ci ildə ali ssenarist və rejissorluq kurslarını bitirib. Bir müddət mahnı kliplərinin çəkilişi ilə məşğul olub. “Mujskoy sezon: Barxatnaya revolyusiya” adlı çəkiliş qrupunun tərkibində çalışıb, reklam çarxları və treylerlər yaradıb. Debüt rejissor işi 2007-ci ildə ekranlara çıxan “Möcüzə gözləyərkən”  filmi sayılır. Növbəti tammetrajlı bədii filmi “Yeni il tarifi” (2008) adlı yeni il komediyası olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%B4%D0%B0%D1%80%D0%B5%D0%B2,_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D0%B8%D0%B9_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç