Yekaterina Kopanova
Aktrisa
Yekaterina Andreyevna Kopanova – rusiyalı kinoaktrisadır. 26 may 1985-ci ildə Donetsk şəhərində (Ukrayna) anadan olub. Doğulandan sonra ailəsi ilə Sevastopol şəhərinə köçüb. Valideynləri balet artistləri olub. Yekaterina Sevastopolun 14 nömrəli orta məktəbində oxuyub, teatr təmayüllü təhsil alıb. Lunaçerski adına Akademik Rus Dram Teatrından olan pedaqoqlardan dərs alıb. 2002-ci ildə məktəbi bitirdikdən sonra Moskvaya köçüb və sənədlərini bir sıra teatr institutlarına təqdim edib. 2006-cı ildə Şukin adına Ali Teatr Məktəbini qırmızı diplomla bitirib. 2009-cu ildə “Krem” serialında baş rolu oynayıb. Liza Çaykina rolu ona geniş şöhrət qazandırıb və Rusiya tamaşaçısının sevimli aktrisasına çevirib. Aktrisanın filmoqrafiyasında 80-ə yaxın film yer alır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: