KiKi Leyn
Aktrisa
Kiandra “Kiki” Leyn – amerikalı aktrisadır. Daha çox “Bil-strit danışa bilsəydi” adlı “Oskar” mükafatlı dramda Tiş Rivers rolu ilə məşhurdur. Leyn 1992-ci ildə Ohayo ştatının Sinsinnati şəhərində dünyaya göz açıb. Bir qardaşı var. Həmçinin 1940-ci ildə çap olunmuş “Doğma oğul” (Riçard Raytın əsəri) romanının ekranizasiyasında oynadığı rolla tanınır. İlk aktyorluq təcrübəsi “Çi” serialının pilotunda (2015) oynadığı rol sayılır. “Vanity Fair” jurnalına verdiyi müsahibədə uşaqlıqdan bəri aktyorluğa meylli olduğunu və “Kral şir” cizgi filminin ən sevimli filmi olduğunu bildirib. Kiandra Sinsinnati təsviri incəsənət ali məktəbində oxuyub. Fleyta, valtorn və trubada ifa etməyi öyrənib. Daha sonra təhsilini DePaul universitetində (Çikaqo, ABŞ) davam etdirib və aktyorluq üzrə nəzəri-praktiki biliklər alıb. Məzun olduqdan sonra Los-Ancelesə köçüb və Barri Cenkinsin “Bil-strit danışa bilsəydi” filminə çəkilməyə dəvət alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/KiKi_Layne