Loter Blüto
Aktyor
Loter Blüto (14 aprel 1957, Monreal, Kanada) – kanadalı aktyordur. Həm fransız, həm də ingilis dilli filmlərə çəkilir. Daha çox “Tüdorlar” serialının dördüncü mövsümündə kral VIII Henrixin sarayında olan fransız səfiri Şarl de Marilyaki və “24 saat” teleserialının üçüncü mövsümündə Markus Alvers rolu ilə tanınır. O, həmçinin “Vikinqlər” teleserialının üçüncü və dördüncü mövsümlərində IX əsr fransız imperatoru II Karlı canlandırıb. 1990-cı ildə “Monrealdan olan Məsih” filmində oynadığı rola görə "Ən yaxşı kişi rolu" nominasiyasında “Cini” mükafatı alıb. 1996-cı ildə “Tövbə” filmində oynadığı rola görə həmin mükafata namizəd olub. Həmçinin, “Qara cübbə" filmində oynadığı rolla AASTA mükafatına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lothaire_Bluteau