Renat Davletyarov
Rejissor, prodüser
Renat Favarisoviç Davletyarov – rusiyalı kinoaktyor, kinorejissor, ssenarist, kinoprodüser və film direktorudur. 17 avqust 1961-ci ildə Həştərxanada (Rusiya) anadan olub. Atası tatar, anası rusdur. Atası “Rosnetft”in rəhbərlərindən olub, “Neft məhsulları konserni”nin prezidentidir. Kiçik qardaşı Boris Davletyarov bankirdir, Londonda yaşayır. Renat texnoloq-mühəndis ixtisası üzrə ali təhsil alıb. 1985-1987-ci illərdə “Mosfilm” kinostudiyasında dekorasiya tərtibatçısı qismində çalışıb. 1987-1989-cu ildə həmin studiyada artıq film direktoru köməkçisi funksiyalarını yerinə yetirib. 1989-cu ildən filmlərin direktoru olub. 2009-2015-ci illərdə Rusiya Prodüserlər Gildiyasının prezidenti olub. 2011-ci ildə “Mənim sərsəm ailəm” kinokomediyası ilə rejissor kimi debüt edib. Birinci nikahından Artyom adlı oğlu var. 2014-cü ildə müğənni və aktrisa Yevgeniya Malaxova ilə evlənib. 2019-cu ildə cütlük ayrılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%B2%D0%BB%D0%B5%D1%82%D1%8C%D1%8F%D1%80%D0%BE%D0%B2,_%D0%A0%D0%B5%D0%BD%D0%B0%D1%82_%D0%A4%D0%B0%D0%B2%D0%B0%D1%80%D0%B8%D1%81%D0%BE%D0%B2%D0%B8%D1%87