Aqlaya Şilovskaya

Aqlaya Şilovskaya

Aktrisa

BİOQRAFİYA

Aqlaya Şilovskaya – rusiyalı aktrisadır. 2 yanvar 1993-cü ildə anadan olub. 2013-cü ildə B.Şukin adına Ali Teatr məktəbini bitirib. Atası rejissor İlya Şilovski, anası ssenarist Svetlana Şilovskayadır. “Qolos”, “Teatr estradı” və “Toç v toç” musiqili televiziya şoularında iştirak edib. “Qolos: Deti” musiqili şousunun altıncı mövsümünün aparıcısıdır. “Moskovskaya premyera” Moskva kinofestivalında Stanislav Qovoruxinin “Caz üslubunda” (2010) filmində oynadığı rola görə "Ən yaxşı qadın rolu" mükafatına layiq görülüb. Rejissor Sergey Solovyovun “Ke-dı” (2017) filmində oynadığı rola görə “Ədəbiyyat və kino” kinofestivalında "Ən yaxşı qadın rolu" nominasiyasında qalib gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B8%D0%BB%D0%BE%D0%B2%D1%81%D0%BA%D0%B0%D1%8F,_%D0%90%D0%B3%D0%BB%D0%B0%D1%8F_%D0%98%D0%BB%D1%8C%D0%B8%D0%BD%D0%B8%D1%87%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç