İvan Stebunov

İvan Stebunov

Aktyor

BİOQRAFİYA

İvan Sergeyeviç Stebunov – rusiyalı teatr və kino aktyorudur. İvan Sergeyeviç Stebunov 9 noyabr 1981-ci ildə Altay diyarının Pavlovsk qəsəbəsində anadan olub. Anası Rusiya əməkdar artisti, “Qlobus” Akademik Gənclər Teatrının (Novosibirsk) aktrisası Olqa Stebunovadır (1960). Böyük bacısı Alyona Sergeyevna Stebunova da aktrisadır. Məktəb illərindən “Qlobus” Akademik Gənclər Teatrının səhnəsinə çıxıb, “Ələddin”, “Şelkunçik”, “Göy quş”, “Qədim, lap qədim nağıl” kimi tamaşalarda uşaq rolları oynayıb. 2006-2015-ci illərdə “Sovremennik” teatrının aktyoru olub. Ssenarist və rejissorluq ali kurslarını bitirib. 2011-ci ildə “Yeddinci” adlı ilk qısametrajlı filmini çəkib. 2020-ci ilin may ayında “Ulduzlarla rəqs” teleşousunun 11-ci mövsümündə qalib gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B5%D0%B1%D1%83%D0%BD%D0%BE%D0%B2,_%D0%98%D0%B2%D0%B0%D0%BD_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç