Luiza Fletçer

Luiza Fletçer

Aktrisa

BİOQRAFİYA

Luiza Fletçer – amerikalı aktrisadır. Daha çox “Qu quşu yuvası üzərindən uçaraq” filmində qəddar tibb bacısı Retçed rolu ilə tanınır. Həmin rola görə “Oskar” və “Qızıl Qlobus” mükafatı qazanıb. Fletçer 22 iyul 1934-cü ildə Alabama ştatında (ABŞ) anadan olub, valideynləri lal-kar olub. Atası keşiş olub və onun səyləri nəticəsində Alabamada lal-karlar üçün 40-a yaxın kilsə açılıb. Ona danışmağı nitq qabiliyyəti olan xalası öyrədib. Aktyorluq sənəti ilə də onu tanış edən həmin xalası olub. Şimali Karolina universitetini bitirdikdən sonra Luiza Los-Ancelesə köçüb və orada axşamlar aktyorluq məktəbinə gedib. 1960-1977-ci illərdə ədəbi agent və prodüser Cerri Biklə evli olub. Bu nikahdan iki övladı var: Con Ceşil Bik və Endrü Uilson Bİk.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Louise_Fletcher

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç