Robert Vaqner

Robert Vaqner

Aktyor, prodüser

BİOQRAFİYA

Robert Con Vaqner – amerikalı aktyor və prodüserdir. Çoxsaylı seriallarda, bədii filmlərdə, tok-şoularda (məs. “Hart cütlüyüi”) çıxışları ilə tanınır. Daha çox “Ostin Pauers” (1997,1999, 2002) trilogiyasında “2 nömrə” obrazı, həmçinin “Ölümdən qabaq öpüş”, “Çəhrayı bəbir”, “Harper”, “Asiman altında cəhənnəm” filmlərində oynadığı rolları ilə yadda qalıb. Vaqner 10 fevral 1930-cu ildə Detroyt şəhərində (Miçiqan ştatı, ABŞ) anadan olub. Atası metallurgiya zavodunun rəhbəri olub. Yeddi yaşında olanda ailəsi ilə birlikdə Los-Ancelesə (Kaliforniya) köçüb. Məhz Los-Ancelesdə Robert aktyor olmağa qərar verib və bu istiqamətdə özünü inkişaf etdirməyə başlayıb. 1957-ci ildə aktrisa Natali Vudla ailə qurub. Həmin vaxt Natali Vud artıq Hollivud ulduzu idi. Nikahın ömrü qısa olub: dörd ildən sonra Natali və Robert boşanıb. Lakin 1972-ci ildə Natali Robertlə barışaraq onun yanında qayıdıb və ölənə qədər (1981) onunla yaşayıb. 1991-ci ildə Vaqner aktrisa Cill S.Conla ailə qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Robert_Wagner

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç