Viktor Qluxov

Viktor Qluxov

Prodüser

BİOQRAFİYA

Viktor Vladimiroviç Qluxov (5 июля 1953-cü il təvəllüdlü) – sovet mədəniyyət xadimi, prodüserdir. Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun iqtisad fakültəsini (1982) bitirib. 1982-1989-cu illərdə RSFSR Mədəniyyət Nazirliyinin dövlət kinosu (Qoskino) sistemində çalışıb. 1989-1999-cu illərdə “Mosfilm” kinostudiyasının “Slovo” yaradıcı birliyinin direktoru olub. 1992-ci ildə "“Slovo” prodüser şirkəti” MMC-nin əsasını qoyub. 1993-cü ildən IMT (İtalian Mosfilm Tecnica) şirkətinin vitse-prezidentidir. 1999-2000-ci illərdə Rusiya Federasiyasının Kinematoqrafiya Dövlət Komitəsinin sədr müavini olub. 2000-2001-ci illərdə RF Mədəniyyət Nazirliyinin kinematoqrafiya xidmətinin kinematoqrafiyanın nizamlanması və inkişafı dövlət departamentinin rəhbəri olub. 2001-ci ildən “Rossiyskiy kinoprokat” ASC-nin baş direktorudur. Rusiya Prodüserlər Gildiyasının rəyasət heyətinin üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BB%D1%83%D1%85%D0%BE%D0%B2,_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç