Roman Kaçanov

Roman Kaçanov

Ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Roman Romanoviç Kaçanov – Sovet və Rusiya kinorejissoru, ssenarist, kinoaktyor və prodüserdir. “DMB”, “Daun Haus”, “Nevalyaşka”, “Arye”, “Gena Beton” və digər filmlərin rejissoru və ssenaristi olub. “Afişa” jurnalının sorğusuna və “Livejournal.com” bloq-platformasına görə onun filmləri Rusiyanın ən yaxşı filmlərinin yüzlüyünə daxildir. 17 yanvar 1967-ci ildə Moskvada (Rusiya) doğulub. 14 yaşında əvvəl poçtalyon işləyib, daha sonra yazıçı Kira Bulıçyovun bədii katibi olub. 1982-1984-cü illərdə axşam məktəbində oxuyur və paralel olaraq rejissorluq kurslarına yazılıb. ÜDKİ-ni bitirdikdən sonra quruluşçu-rejissor kimi fəaliyyət göstərməyə başlayıb. 1991-ci ildə “Məndən heç nə soruşma” adlı filmi ekranlara çıxıb. Filmə Yozas Budraytis, Emmanuil Vitorqan, Nina Ruslanova, Natalya Kraçkovskaya, İrina Feofanova, Natalya Kraçovskaya, Maryana Polteva kimi aktyorlar çəkilib. 1998-ci ildə “Maksimilian” adlı kiçik büdcəli film çəkib. Filmdə baş rolları Aleksandr Demidov, Emmanuil Vitorqan, Nikita Vısotski, Yevgeni Dvorjetski, İvan Oxlabıstin və başqaları oynayıb. Filmin musiqisini Pavel Molçanov yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D1%87%D0%B0%D0%BD%D0%BE%D0%B2,_%D0%A0%D0%BE%D0%BC%D0%B0%D0%BD_%D0%A0%D0%BE%D0%BC%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç