Aleksey Panin
Aktyor
Aleksey Vyaçeslavoviç Panin – rusiyalı kinoaktyordur. 2003-cü ildə Rusiya Federasiyası mükafatı laureatı olub. Nikolay Lebedevin “Ulduz”, Aleksey Balabanovun “Gözübağlıca” («Жмурки») filmlərində və “Əsgərlər” televiziya serialıında oynadığı rolları ilə tanınır. Aktyor 10 sentyabr 1977-ci ildə Moskva şəhərində (Rusiya) anadan olub. Alekseyin 20 yaşı olanda atası dünyasını dəyişib. Mühəndis-mexanik olub. Anası Tatyana Borisovna Vlasova isə “Nauka” nəşriyyatının redaktoru olub. Məktəb illərində su polosu ilə məşğul olub. Vyaçeslav Spesivtsevin teatr studiyasında səhnəyə çıxıb. Moskva Dövlət İncəsənət İnstitutunda oxuyub. Birinci kursda oxuyanda Qleb Panfilov ona “Romanovlar: Tacdar ailə” filminə çəkilmək təklifi alıb. İnstitutdan üç dəfə qovulub. Sonuncu dəfə qovulanda artıq təhsil almaqdan vaz keçib və institutu birdəfəlik tərk edib. Şəxsi həyatına gəlincə, Yekaterina Nikitina, Lyubov Zaytseva, Marina Aleksandrova, Katerina Şpitslə münasibətləri olub. 12 oktyabr 2008-ci ildə fotomodel və aktrisa Yuliya Yevgenyevna Yudintseva ilə ailə qurub. Onların Anna adlı qızları var. 9 mart 2013-cü ildən 15 iyul 2014-cü ilə qədər Lyudmila Sergeyevna Qriqoryeva ilə evli olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: