Valentin Smirnitski
Aktyor
Valentin Georgiyeviç Smirnitski – sovet və rusiya teatr və kino aktyorudur. 10 iyun 1944-cü ildə Moskvada anadan olub. 1965-ci ildə B.Şukin adına Teatr məktəbini bitirib. Andrey Mironov, Anastasiya və Marianna Vertinskilər, Valentina Malyavina, İnna Qulaya, Nikita Mixalkov kimi aktyorlarla oxuyub. Debütü tələbə olduğu illərə təsadüf edir. 1963-cü ildə “Moskva küçələri ilə addımlayıram” filmində epizodik rola çəkilib. İki ildən sonra isə “Payızın son ayı” və “İki nəfər” filmlərində nisbətən əlamətdar rollar oynayıb. Aktyora şöhrəti Yevgeni Karelovun “Yeddi qoca və bir qız” komediyasında, Viktor Sadovskinin “Vur! Bir daha vur!” idman lentində, “Qalxan və qılınc” hərbi-macəra, “Adyutant əlahəzrətləri” filmlərində oynadığı rollar gətirib. 1990-cı illərdə demək olar ki, çəkilişlərdə iştirak etməyib. Başlıca olaraq xarici filmlərin, cizgi filmlərinin və teleserialların dublyajında iştirak edib. Sonralar yerli teleseriallara çəkilməyə başlayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Valentin_Smirnitsky