Svetlana Savyolova
Aktrisa
Svetlana İvanovna Savyolova (7 yanvar 1942, Simferopol, Krım – 30 yanvar 1999, Moskva, Rusiya) – sovet və rusiyalı teatr və kino aktrisasıdır. 1960-cı ildə Yaltada “Əlvida, göyərçinlər” filminin çəkilişləri gedib. Film rejissoru Yakov Segel baş rola aktrisa tapmaqda çətinlik çəkir. Çəkilişlər onsuz başlayıb və Segel baş rola namizədi tapmaq üçün Sevastopola yollanıb. Rejissorun anidən başağrısı tutub və ağrıkəsici almaq üçün aptekə daxil olub. Orada piştaxta arxasında bir il əvvəl məktəbi bitirmiş cavan Savyolovanı görüb. Aktyorluq təcrübəsi ümumiyyətlə olmasa belə, rejissor ona həmin rola dəvət edib. Beləcə, Savyolovanın kinematoqrafiyaya yolu açılıb və qısa müddətə Sovet İttifaqında məşhurlaşıb. Onunla birlikdə filmə gənc aktyor Aleksey Loktev çəkilib. Kinoda uğurlu debütündən sonra Şukin Teatr Məktəbinin tələbəsi olub. Təhsili başa vurduqdan sonra E.B.Vaxtanqova adına Teatrın truppasına daxil olub. 1966-cı ildən həyatının sonuna kimi Lenkom adına Moskva Dövlət Teatrının aktrisası olub. 1960-cı illərin ikinci yarısında bir sıra uğurlu filmlərə, o cümlədən Maksim Qorkinin erkən hekayələri əsasında çəkilmiş “Po Rusi” (1968) kinopovestinə çəkilib. Daha çox “Yeddi qoca və bir qız” (1968) komediyasında oynadığı rolla tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Svetlana_Savyolova