Yevgeni Karelov
Rejissor, ssenarist
Yevgeni Karelov – sovet kinorejissoru və ssenaristidir. 12 oktyabr 1931-ci ildə Moskva vilayətinin Boqorodskoye kəndində doğulub. 1955-ci ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Rejissorluq debütü Yuri Çulyukinlə birlikdə “Meşədəki tüstü” qısametrajlı filmində baş tutub. Daha sonra “Yaşa Toporkov”, “Qoy işıqlansın”, “Arsız” kimi filmlər üzərində çalışıb. Karelov 1968-ci ildə “İki yoldaş xidmət edirdi” hərbi komediyası ilə məşhurlaşıb. Həmin film 10 ilə yaxın Sovet ekranlarından çıxmayıb. 1970-ci illərdə V.Kaverinin “İki kapitan” romanının altıseriyalı televiziya versiyası üzərində çalışıb. 11 iyul 1977-ci ildə dənizdə çimərkən (Abxaziya) ürək tutmasından vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Yevgeny_Karelov