Etsio Qrecco

Etsio Qrecco

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Etsio Nereo Qrecco – italiyalı komediya aktyoru, yazıçı, ssenarist, rejissor və prodüserdir. 7 aprel 1954-cü ildə Kossato şəhərində (İtaliya) anadan olub. İtaliyada “Drive in” və “Striscia la Notizia” televiziya şoularında çıxışları ilə məşhurlaşıb. Beynəlxalq ekranlarda daha çox “Vetçinanın susqunluğu” (1994), “Covannanın atası” (2008), “Blokbaster” (2011), “Çılpaq tapança ilə” (1997) filmlərində oynadığı rolları ilə tanınır. Qrecconun iştirakı ilə ilk film (“Sbamm”) 1980-ci ildə ekranlara çıxıb. Etsio həmin filmə çəkilməklə yanaşı, onun ssenari müəllifi olub. Rejissor Karlo Vansin onun oyununu bəyənərək “Montecarlo Gran Casinò” (1987) və “Yuppies 2” (1986) filmlərinə dəvət edib. Sonralar Qrecco rejissor Enriko Oldoininin bir çox komediyaları və treş-filmlərinə çəkilib. 1994-cü ildə “Quzuların susqunluğu” və “Psixo” filmlərinə parodiya sayılan “Vetçinanın susqunluğu” filminə çəkilib. Film Amerika Birləşmiş Ştatlarında lentə alınıb və beləliklə, onunla prodüser Mel Bruks arasında möhkəm dostluq bağları yaranıb. 2000-ci ildən bir çox film və şoulara çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Ezio_Greggio

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç