Debi Meyzar
Aktrisa
Debora “Debi” Meyzar – amerikalı aktrisadır. 13 avqust 1964-cü ildə Nyu-Yorkun (ABŞ) Kvins şəhərində anadan olub. Atası Latviyada yəhudi ailəsində anadan olub. Anası katolikdir. 1984-cü ildə ilk dəfə televiziya ekranlarında görüntülənib. Daha sonralar mütəmadi olaraq tanınmış müğənni və qrupların kliplərinə çəkilməyə başlayıb. Bir müddətdən sonra Debi Meyzar bədii filmlərə dəvət olunmağa başlayıb. “Bethoven 2” ailəvi komediyasında oynadığı antoqonist obrazla məşhurlaşıb. Debi “Dostlar” serialının bir epizoduna, həmçinin “Göyçəklər” serialının bir neçə epizoduna çəkilib. 16 may 2002-ci ildə aşpaz və iş adamı Qabriel Korkosla ailə qurub. Cütlüyün iki qızı var: Evelina Mariya Korkos (12 iyul 2002) və Culiya İzabel Meyzar-Korkos (2006).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Debi_Mazar