Mixail Qomiaşvili
Aktyor
Mixail Arçiloviç Qomiaşvili - gürcüstanlı və rusiyalı kinoaktyordur. 23 mart 1961-ci ildə Tbilisinin qədim rayonunda tanınmış sovet aktyoru Arçil Qomiaşvilinin ailəsində dünyaya göz açıb (Leonid Qaydayın “12 stul” komediyasında Ostap Benderi canlandırıb). Anası aktrisa Liana Manjavidze olub. Mixailə 1930-cu illərdə repsressiya qurbanı olmuş babasının adı qoyulub. Mixail ilk dəfə səkkiz yaşında olanda “12 stul” komediyasında debüt edib, atası da həmin filmdə baş rolu oynayıb. 1992-ci ildə “Tələ” filmində müstəqil şəkildə debüt edib. 1997-ci ildə onu K.Marcianişvili adına Tbilisi Akademik Teatrının truppasına qəbul olunub. 2014-cü ildə tanınmış iranlı rejissor Möhsün Məhməlbafın "Prezident" filmində xalqı tərəfindən devrilən qafqazlı diktator rolunu canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: