Vasili Çiginski
Rejissor
Vasili Valeryeviç Çiginski – rusiyalı kinorejissor və ssenaristdir. 4 iyun 1969-cu ildə Leninqradda (indiki Sankt Peterburq) kinorejissor Valeri Çiginskinin ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra 1986-cı ildə “Lennauçfilm” studiyasında rejissor köməkçisi vəzifəsinə işə düzəlib. 1987-1989-cu illərdə Sovet ordusunda xidmət edib. Xidməti başa vurduqdan sonra “Lennauçfilm”ə qayıdıb və bir müddət köməkçi kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub (bədii film rejissorluğu ixtisası) və həmin təhsil ocağını 1995-ci ildə bitirib. 1991-1992-ci illərdə “Ekran” adlı bədii birlikdə çalışıb. Daha sonra NTV, 2x2 kimi kanallarda çalışıb. 300-dən çox reklam çarxı çəkib. Ailəlidir. Bir qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: