Rutger Hauer
Aktyor, kinorejissor, ssenarist, prodüser
Rutger Hauer 23 yanvar 1944-cü ildə Hollandiyada aktyor ailəsində dünyaya gəlib. Atası Arend yerli teatr kollecində aktyorluq, anası dramaturgiya haqqında dərs deyirdi. Rutgerin artıq beş yaşı olanda teatr səhnəsində görünməyə başladı. O, kamera qarşında ilk dəfə 12 dekabr 1956-cı ildə görünüb. Sonra isə “Cənab Havarden” filmində epizodik rolda yer alıb. Ancaq populyarlığı 1969-cu ildə oynadığı “Floris” filmindən sonra qazanıb. O, 1983-cü ildə “Ülgüc üzərində qaçan” filminə görə ən yaxşı ikinci plan aktyoru kimi “Saturi” mükafatına, 1995-ci ildə “Fatherland” filmindəki roluna görə isə “Qızıl Qlobus” mükafatına layiq görülüb. Daha sonra 1988-ci ildə “Escape from Sobibor” filmindəki roluna görə ən yaxşı ikinci plan aktyoru kimi ikinci dəfə “Qızıl Qlobus” mükafatını qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rutger_Hauer