Bill İnqvall

Bill İnqvall

Aktyor, ssenarist

BİOQRAFİYA

Uilyam Rey “Bill” İnqvall-kiçik – amerikalı aktyor, ssenarist, prodüser və komikdir. Bill İnqvall 27 iyul 1957-ci ildə Texas ştatının Gelvstoun şəhərində (ABŞ) anadan olub. Texasın Riçardson orta məktəbində oxuyub. Universiteti bitirdikdən sonra müəllim olmağı planlaşdırsa da, təhsilini tamamlaya bilməyib. Bir müddət diceylik etdikdən sonra açıq mikrofon formatlı şoularda öz stendap monoloqları ilə çıxış etməyə başlayıb. 1990-cı ildə Cənubi Kaliforniyaya köçərək, özünə komik kimi uğurlu karyera qurub. Böyük səhnədə ilk dəfə “Bir neçə Coker” şousunda çıxış edib. 1992-ci ildə Bill İnqvallın karyerasında böyük sıçrayış baş verib, o, həmin il “Ən yaxşı stend-ap komediyaçı” nominasiyasında “American Comedy Awards” mükafatına layiq görülüb. Bir neçə ildən sonra “Delta” serialına dəvət alıb və orada Börk rolunu oynayıb. O, həmçinin “Qadının yaradılışı”, “Qızıl saray” və “Ev təmirə bağlanıb” kimi seriallarda çəkilib. 2016-cı ildə “Qarşıdakı ev” trillerində Troy obrazını canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bill_Engvall

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç