Selim Bayraktar

Selim Bayraktar

Aktyor

BİOQRAFİYA

Selim Bayraktar – türkiyəli aktyordur. 17 iyun 1975-ci ildə İraqın Kərkük şəhərində anadan olub. Əslən iraqlı türkməndir. Uşaq yaşlarından gimnastika ilə ciddi məşğul olub, müxtəlif müsabiqələrdə iştirak edib. 13 yaşında olanda bir dəfə məktəbə iraqlı siyasi xadim Səddam Hüseyn gəlir və ondan əla əsgər çıxacağını deyir. Lakin aktyor incəsənətə görə orduda xidmət etməkdən imtina edir. Onun ailəsi Türkiyəyə mühacirət edib. Selim Bayraktar məktəbi Antalyada bitirib və tezliklə Ankara Dövlət Teatr Məktəbinə daxil olub. 2006-cı ildə televiziyada debüt edib. “Körpü” serialında ikinci plan rol alıb. Daha çox “Mühteşem Yüzyıl” tarixi dramında oynadığı rolla məşhurlaşıb. Selim 2017-ci ildə eyni vaxtda bir neçə böyük layihədə iştirak edib (“Qırmızı İstanbul” dramı, “Görünən adam” fantastik filmi, “Ufak Tefek Cinayetler” serialı).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Selim_Bayraktar_(oyuncu)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç