Gülben Ergen - Türkiyə pop müğənnisi, aparıcı, model və aktrisasıdır. 25 avqust 1972-ci ilde İstanbulda (Türkiyə) anadan olub. Karyerasına model kimi başlayan Gülben tez bir zamanda film dünyasına atılıb. Türk tamaşaçısı onu "Dayə" serialında canlandırdığı Mələk obrazı ilə tanıyıb. İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirir. O, Tatlısəsin "Haydi söylə" klipində çəkildikdən sonra onunla "Firat" serialında baş rolu bölüşüb. Müğənni kimi debütünü 1996-ci ildə "Merhaba" albomu ilə edib. Ardınca "Kör Aşık", "Sade ve Sadece" albomlarını yazdırıb. Bu albomlardan ən yadda qalanlar isə "Sandık lekesi", "Abayı yaktım", "Arka sokaklar", "Teşekkür ederim", "Sade ve sadece" mahnılarıdır. 1998-ci ildə "Mərziyə" serialında baş rola çəkilib. Eyni ildə "Gümbür Gümbür Gülbəncə" televiziya proqramını aparmağa başlayır. "Uçacaqsın", "Gülben Ergen", "Aşk hiç bitməz" albomlarını satışa çıxarır. Mustafa Ərdoğanla evlidir. Üç uşağı var. Gülben hal-hazırda İstanbulda yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/G%C3%BClb%C9%99n_%C6%8Frg%C9%99n