Nik Kastl

Nik Kastl

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Nik Kastl – amerikalı kinorejissor, ssenarist və aktyordur. Nikolas Çarlz Kastl (kiçik) 21 sentyabr 1947-ci ildə Los-Ancelesdə (Kaliforniya, ABŞ) anadan olub. Atası aktyor, anası xoreoqraf olub. Uşaqlığından atasının iştirak etdiyi kinolayihələrdə kütləvi səhnələrə və epizodik rollara çəkilib. 1970-ci ildə USC Kino Sənəti məktəbini bitirib. Bir müddət elə həmin təhsil ocağında operator işləyib. 1985-ci ildə “Sonuncu ulduz döyüşçüsü” filmi Avoriaz kinofestivalında “Qran-pri” mükafatına namizəd olub. 1987-ci ildə “Uça bilən uşaq” filmi “Saturn” mükafatına namizəd olub. Habelə “Ən yaxşı fentezi-film” nominasiyasında qalib gəlib. 2001-ci ildə Brüssel fantastik filmlər festivalında “Gümüş qartal” mükafatına layiq görülüb (“Qoruyucu mələk” filminə görə).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

 https://en.wikipedia.org/wiki/Nick_Castle

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç